“Təbii ki, bütün komandalar hörmətimiz sonsuzdur”. Bunu SİA-ya basketbol üzrə “Abşeron” komandasının baş məşqçisi Erhan Toker deyib.
O, Azərbaycan Kubokunun püşkatmasını dəyərləndirib.
Türkiyəli mütəxəssis bildirib ki, kubokun ilk matçında “Quba” ilə qarşılaşacaqlar: “Kubokun oyunları fərqli şəkildə oynanılacaq. O səbəbdən düşünürəm ki, bütün komandaların şansı bərabərdir. Hər kəsə bu yolda uğurlar arzu edirik”.
Onun sözlərinə görə, bu turu keçə bilsələr növbəti matçlar mart ayında gerçəkləşəcək: “Ona qədərdə daha yaxşı vəziyyətə gələ bilərik. Çünki komandadakı gənc oyunçularımız təcrübəsini artıraraq, daha yaxşı formada olacaqlar. Təbii ki, hər şeydən öncə çox çalışmalı və əlimizdən gələni etməliyik. Kuboka sahib olmaq heçdə asan olmayacaq. Qələbə əldə etmək üçün addım-addım irəliləməliyik. Bunun üçün ilk növbədə rəqibimiz olan “Quba”nı keçməliyik. Komanda da hansısa dəyişikliklərin olub-olmaması ilə bağlı dəqiq qərar verməmişik. Bəzi məsələlər barədə müzakirələr gedir. “Quba” ilə matçdan sonra daha dəqiq qərarlar verəcəyik”.
Qeyd edək ki, “Abşeron” - “Quba” arasında matç yanvarın 28-də start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə