Yığmamız su polus üzrə Misirdə qızıl medal qazanıb

Azərbaycanın vaterpol üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin Qahirə şəhərində 6-11 may tarixlərində keçirilən klublararası beynəlxalq turniri yüksək nəticələrlə başa vurublar. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

Azərbaycan Üzgüçülük federasiyasının mətbuat xidmətinin məlumatına görə bu turnirdə 2009-2010-cu il təvəllüdlü idmançılarımız bütün rəqiblərindən üstün olaraq birinci yerə layiq görülüblər. 2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüz mükafatçıları olublar. Vaterpol üzrə milli komandanın baş məşqçisi Azər Babayevin sözlərinə görə bu beynəlxalq turnirdə yetirmələri yüksək səviyyədə çıxış ediblər: “Yarış çox gərgin mübarizələr şəraitində keçdi. Azərbaycan komandalarından başqa daha 6 komanda mübarizə aparırdı. Misirin komandaları da çox hazırlıqlı və stabil idilər. Ən sevindirici məqam isə dünən baş verdi. Yeniyetmələrimiz Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin doğum günündə, 100 illiyində Misirdə, Qahirədə Azərbaycan bayrağını yüksəklərə qaldırdılar, Azərbaycanın dövlət himnini səsləndirdilər. Bu çox qerurverici idi” deyə Azər Babayev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə