Həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək

Həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək

Bu gün “AHFArena”da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi qələbə uğrunda mübarizə aparacaq.
Saat 11:00-da qadın komandalar arasında keçiriləcək ilk matçda
“Azərsu” U-16-nı sınağa çəkəcək.

Daha sonra kişi həndbolçular arasında RİOEUGİM- “Məhsul”, U-16- “Təhsil”, “Dinamo”- “İdman Akademiyası” qarşılaşmaları oynanılacaq.

Mayın 10-da saat 15:00-da təntənəli açılış mərasimi keçiriləcək.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə