"Prezident Kuboku 2023" beynəxalq reqatanın bağlanış mərasimi baş tutub - YEBİLƏNİR - FOTOLAR

"Prezident Kuboku 2023" beynəxalq reqatanın bağlanış mərasimi baş tutub - YEBİLƏNİR - FOTOLAR

Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutub. SİA xəbər verir ki, bağlanış mərasimi Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunub.
Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərvatcan Kanoe və Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədov, Dünya və Avropa Avarçəkmə Federasiyalarının Prezidentləri iştirak edirlər.

Sürprizlərlə dolu qala tədbirdə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşınızda unudulmaz iz qoyacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə