Bulvarda "Prezident Kuboku-2023" reqatasının bağlanış mərasimi baş tutacaq

Bulvarda "Prezident Kuboku-2023" reqatasının bağlanış mərasimi baş tutacaq

7 may saat 19:00-dan etibarən Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi baş tutacaq. Bu barədə SİA-ya Federasiyadan məlumat verilib.

Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunacaq bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə keçiriləcək. Sürprizlərlə dolu qala tədbirdə 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşınızda unudulmaz iz qoyacaq. Giriş sərbəstdir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə