"Bizim komandamızda yaxşı nəticə göstərərək, birinci olub" - FEDERASİYA PREZİDENTİ BİLDİRİB
"Azərbaycanda, Mingəçevirdə və Qarabağda olmaqdan çox məmnunuq". Bizləri burada çox gözəl şəkildə qarşıladıqları üçün başda cənab Prezident İlham Əliyev olmaqla Federasiya Prezidenti Vüqar Əhmədova və bütün təşkilatçılara öz təşəkkürlərimizi bildiririk". SİA xəbər verir ki bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Kanoe Federasiyasının Prezidenti Alper Kabakçı bildirib.
Qurum rəsmisi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik və çox dərin ehtiramla anırıq: "Bu il keçirilən "Prezident Kuboku 2023" beynəlxalq reqatasında 20 ölkə iştirak edir. Biz "İki millət, tək dövlət" şuarı ilə hər zaman qardaş ölkə olaraq əl-ələ verib çalışırıq. Bizim komandamızda keçirilən yarışlarda yüksək nəticə əldə edərək, birinci oldular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB