"Onlar Suqovuşanın əlverişli bir məkan olduğunu bildirdilər" - BAŞ KATİB AÇIQLADI

"Onlar Suqovuşanın əlverişli bir məkan olduğunu bildirdilər" - BAŞ KATİB AÇIQLADI

"Prezident Kuboku 2023" beynəlxalq reqatanın açılış mərasimi və ilk yarış Qarabağın gözəl güşələrindən olan Suqovuşanda keçirildi". SİA xəbər verir ki, bu sözləri kurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev bildirib.

Baş katibin sözlərinə görə, daha sonra Mingəçevir şəhərində Heydər Əliyev prospektində reqatada iştirak edən ölkələrin komandaları ilə birgə möhtəşəm parad baş tutdu: "Baş verənlərlə bağlı görüntüləri biz Avropa və Dünya Kanoe Federasiyasının Prezidentinə göstərdik. Onlar tədbirin əvvəlində bizimlə birlikdə ola bilməsələrdə görüntüləri görərkən çox yaxşı iş tutduğumuzu bizə bildirdilər. Onlar Suqovuşanla bağlı görüntüləri görərkən gələcəkdə burada Avropa və Dünya Kubokları üçün əlverişli bir məkan olduğunu söylədilər. Azərbaycan komandası yarış ərzində qızıl medal qazanıb. Reqatanın bağlanış mərasimi Bakıda baş tutacaq. Bu gün isə yarışın sonuncu günüdür. Ümid edirik ki, bu gündə Azərbaycan avarçəkənləri yaxşı nəticələr əldə edəcəklər".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə