Evrim Bostancı
"Mən ilk dəfədir ki, Mingəçevir şəhərinə gəlirəm. Lakin ilk olmasına baxmayaraq çox gözəl bir şəkildə bizi qarşıladılar". SİA zəbər verir ki, bu sözləri avarçəkmənin kanoe növü üzrə 500 metr məsafəyə yürüşünün qalibi, türkiyəli idmançı Evrim Bostancı bildirib.
İdmançının sözlərinə görə, bizim komanda 1 məşqçi, 6 idmançı olmaqla 7 nəfərdən ibarətdir: "Komandamızda olan hər kəs 500 metrlik məsafədən kanoe və kayak avarçəkmə üzrə birinci olduq. Burada keçirilən beynəlxalq reqata sözün əsl mənasında çox yaxşı şəkildə həyata keçirilir. Bu günü şükürlər olsun ki, yaxşı nəticə ilə başa vurduq. Sabahda bu günkü kimi yaxşı nəticə əldə eləmək üçün bütün potensialımızla çalışacayıq".
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB