"Ötən il məğlum olsam da, həvəsdən düşmədim" - QIZIL MEDAL MÜKAFATÇISI BİLDİRDİ

"Mən artıq üçüncü dəfədir ki, Qarabağda keçirilən reqatada iştirak edirəm". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan avarçəkəni 200 metr məsafədə kaneo üzrə qızıl medal mükafatçısı Elvin Məmmədov bildirib.

İdmançınln sözlərinə görə, ötən yarışlarda məğlum olsam da, həvəsdən düşmədim: "Əksinə olaraq bu il daha çox çalışaraq qələbəyə nail oldum. Bütün müəllimlərimə və federasiyamıza öz təşəkkürlərimi bildirirəm. İdmançılarımıza deməm istəyirəm ki, heç vaxt ruhdan düşməsinlər hər zaman daha çox əzmlə çalışaraq qələbə qazanacaqlarına inansınlar. Bu günkü yarışda kanoe üzrə 200 metrlik məsafə də birinci yer tutdum".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə