"Bu gün yarışlarımız iki hissədən ibarət olacaq" - QURUM NÜMAYƏNDƏSİ BİLDİRDİ

"Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubleyinə həsr edilən "Prezident Kuboku 2023" beynəlxalq reqatası Qarabağın ən gözəl guşələrindən olan Suqovuşanda start götürüb". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuatla əlaqələr şöbəsinin nümayəndəsi Vüsal Qurbanov bildirib.

Qurum nümayəndəsinin sözlərinə görə, ötən gün Suqovuşanda yarışın açılış mərasimi və rəsmi hissəsi baş tutdu: "Yarışın ilk günü idmançılarımız 200 metr məsafəyə kayak və kanoe qayıqlarında mübarizə baş tutdu. Fikrimcə, idmançılarımız bizim ümidlərimizi doğrultdular və yaxşı nəticələr əldə olundu. Yarışın növbəti günləri isə Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Kompleksində baş tutacaq. Bu gün və sabah Kür bazasında kayak və kanoe eyni zamanda akademik avarçəkmə üzrə yarışlar davam edəcək. Bu gün yarışlar iki hissədən ibarət olacaq. Sabah günorta saatlarında isə yarışlar başa çatacaq. Yarışın rəsmisi bağlanış mərasimi isə Bakıda Su idman sarayanın yaxınlığında baş tutacaq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə