"Voleybol və gimnastikaya maraq azdır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Biz Gənclər və İdman Nazirliyi olaraq UNESCO və UEFA ilə bərabər Mingəçevir şəhərində tədqiqat aparırıq". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlaması zamanı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tədqiqat və Layihə Mərkəzinin rəhbəri Oqtay Quliyev bildirib.

Qurum rəsmisi əsas məqsədlərinin Mingəçevir şəhərində Covid-19 pandemiyasından sonra 10-12 yaşlı uşaqların fiziki və mental sağlamlığının bərpası üçün futbol dərslərinin tətbiq olunduğunu qeyd edib: "Həmçinin biz 35-45 yaş kateqoriyasında olan xanımlar üçün gimnastika, kişilər üçün isə voleybol idman növünün tədqiqatını həyata keçirdirik. Təxminən iki həftəlik zaman çərçivəsində 1000 yaxın vətəndaşa müsahibə anketləri tətbiq edərək sorğu həyata keçirtmişik. Ümumilikdə Mingəçevir əhalisinin gimnastikaya və voleybola olan münasibətini ölçməyə çalışmışıq ki, gələcəkdə UNESCO və UEFA ilə bağlı bölgələrdə idmanın inkişafı ilə əlaqədar öz dəstəyimizi verə bilək".

Qurum rəsmisi həmçinin bu prosesin nəyə görə Mingəçevirdə keçirildiyinə də aydınlıq gətirib: "Bildiyiniz kimi bu il Mingəçevir "Gənclər paytaxtı" elan olunub. Qurumların bizdən istəyi voleybol və gimnastika iıə bağlı sorğuların həyata keçirilməsi idi. Bölgələrimizdə hansı idman növü zəif inkişaf edibsə, həmin idmanın inkişaf etdirilməsi üçün işlər görəciyik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə