"Prezident Kuboku 2023" beynəlxalq reqatanın ikinci gününə start verilib - YENİLƏNİR - FOTOLAR

"Prezident Kuboku 2023" beynəlxalq reqatanın ikinci gününə start verilib - YENİLƏNİR - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Prezident Kuboku 2023" beynəlxalq reqatanın ikinci gününə start verilib. SİA xəbər verir ki, yarışın ikinci günü Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris İdman Kompleksində keçirilir. 20 ölkədən olan 100-dək idmançı 500, 1500, 2000 məsafəyə yarışlar olacaq.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqataya Suqovuşanda start verilib. Yarışın mükafatlandırma və bağlanış mərasimi Bakıda keçiriləcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə