"Prezident Kuboku 2023" beynəlxalq reqatanın başlanılması münasibətilə parad keçirilibr - FOTOLAR
Bu gün Mingəçevir şəhər Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Prezident Kuboku 2023" beynəlxalq reqatanın başlanması münasibəti ilə parad keçirilir. SİA xəbər verie ki, parad da 20 ölkədən gəlmiş 100-dək idmançı iştirak edir. Həmçininin parada Qarabağ atları idmançılarə müşahidə edir. Paradın açılış mərasimində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti, "Azərişıq" Açıq Səhimdar Cəmiyyətinin sədri Vüqar Əhmədov iştirak edir.
Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının ilk yarışı Suqovuşanda start götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB