"Mənim üçün bu haqda danışmaq çox çətindir. Baş verən hadisə bizi şoka saldı. Öncə mən azyaşlının ailəsinə baş salığı verirəm". SİA xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayınov jurnalistlərə açıqlamasında bildirib.
Nazir məsələ ilə bağlı araşdırmaların aparıldığını qeyd edib: "Düşünürəm ki, biz istintaqın cavabını gözləməliyik".
Nazir həmçinin lisenziya ilə bağlı suallara da cavab verib: "Biz Gənclər və İdman Nazirliyi olaraq daimi şəkildə idman federasiyaları ilə görüşürük. Bizim üçün əsas prioritet məsələ də məşqçilərin federasiyalar tərəfindən tanınmasıdır. Lakin təəssüflər olsun ki, bir çox hallarda məşqçilər federasiyanı tanımır. Bu səbəbdən biz bu problemin aradan qaldırılması istiqamətində bir sıra işlər görürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB