"Artıq ikinci ildir Qarabağımızın gözəl güşəsi olan Suqovuşanda avarçəkmə üzrə keçirilən bu möhtəşəm turnirin əhəmiyyəti çox böyükdür. Xüsusən də müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileynə həsr olunması xüsusi önəm daşıyır". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Suqovuşanda keçirilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimində qeyd edib.
Qurum rəsmisi bildirib ki, biz tarixinə, mədəniyyətinə, duz-çörəyinə, suyuna daim sadiq xalq olmuşuq: "44 günlük haqq savaşımız, Ali Baş Komandanın rəhbərliyi altında şücaətli Ordumuzun 30 il düşmən tapdağında qalmış torpaqlarımızı işğaldan azad etməsi bizi həsrət qaldığımız bölgələrimizə,havamıza, suyumuza qovuşdurdu".
Bəşir Hacıyev sözlərinə belə davam edib: "Biz bu gün Qarabağımızın darmadağın edilmiş maddi-mənəvi irsini, təbiətini yenidən bərpa edirik. Qarabağa həyat qayıdır. Keçmiş məcburi köçkünlərin doğma evlərinə böyük qayıdışları həyata keçirilir.
İşğaldan azad edilmiş torpaqlarımız artıq bir sıra beynəlxalq və ölkə daxili önəmli tədbirlərə ev sahibliyi edir. Həm mədəni layihələr, hem elmi konfranslar, həm də idman yarışları kimi önəmli tədbirləri buna misal göstərə bilərik. Bu bir daha o deməkdir Azərbaycan xalqı yaradıcı, qurucu, sülhpərvərdir. Biz hər birimiz artıq qalib ölkənin vətəndaşlarıyıq. Bu cümlənin verdiyi qürur hər zaman bizə doğru səmti göstərəcək və gücümüzə güc qatacaq. Tolerant millətimiz daim dost ölkələrlə sıx əməkdaşlığını, tərəfdaşlığını davam etdirəcək. Məhz bu baxımdan Azərbaycan Kanoe vǝ Avarçəkmə Federasiyasinin təşəbbüsü bu gün, bizi bir yerə toplayan turniri olduqca təqdirəlayiqdir. İşğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq idman yarışı kimi tarixə düşən bu turnirin iştirakçılarına uğurlar karyeralarında zirvələr arzu edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB