"Hamı mənim şəhər trekini nə qədər sevdiyimi bilir" - "RED BULL PİLOTU DANIŞDI

"Hamı mənim şəhər treklərini nə qədər sevdiyimi bilir. Ona görə də məqsədim dəyişməz olaraq qalır. Hədəf qalib gəlməkdir". SİA xəbər verir ki, "Checkered Flag" nəşrinə istinadən xəbər verir ki, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Serxio Peres Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

İdmançının sözlərinə görə, yeni həftəsonu formatı işləri bir az çətinləşdirəcək: "Lakin bütün komandalar üçün eyni vəziyyətdir. Bu səbəbdən sadəcə, Qran-priyə yaxşı start verməliyik. Yenidən sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə