Bunların hamısı fərziyyədir - MÜTƏXƏSSİS DANIŞDI

"Ümumiyyətlə, yay aylarında balıq təhlükəli deyil. Bəzən yaz və yay aylarında müəyyən balıqlar kürü qoyurlar. Bu balıqların ovlanması belə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qadağan olunub". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida mütəxəssisi Ağa Salamov deyib.

Onun sözlərinə görə, belə bir fikirlər var ki, adında "R" hərfi olmayan aylarda balıq yemək olmaz: "Bunlar hamısı sadəcə fərziyyədir. Bu fikirlərin heç bir elmi əsası yoxdur".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, əgər balıq köhnə deyilsə, onda istehlak edilə bilər: "Eyni zamanda, qidanın saxlanma şəraiti də önəmlidir. Yəni, qida zəncirində heç bir kobud səhvə yol verilməyibsə balığın yeyilməsi heç bir təhlükə yaratmaz. Balığı alarkən onun mənşəyi məlum olmalı, təzəliyinə arxayın olunmalıdır. Bu zaman balıq istehlak edilə bilər və istər yay aylarında, istərsə də yaz aylarında heç bir təhlükə daşımır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə