"Soyuq əllər, isti ürəklər" yarmarkası "Nargis" Fondunun dəstəyi və Leyla Əliyevanın başçılığı ilə 2013-cü ildən bəri paytaxtımızın Fəvvarələr meydanında keçirilir. Yarmarka nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan körpələrə məhz bu yarmarkada yığılan vəsait nəticəsində sağlamlıqlarına qovuşurlar. Hər il olduğu kimi bu ildə paytaxtımızda "Soyuq əllər, isti ürəklər" yarmarkası yaradılıb. Yarmarkada 50-dən çox restoran və mağazalar fəaliyyət göstərir. Fəaliyyət göstərən hər bir müəssisənin əsas məqsədi sağlamlığından əziyyət çəkən körpələrə ümid olmaqdır.
SƏS İnformasiya Agentliyi olaraq məsələ ilə bağlı yarmarkaya üz tutduq.
İlk olaraq "Kinder Ville" şakalat evinə yaxınlaşdıq. Burada satıcı Əli Ələsgərov şokolat evi ilə bağlı bizə məlumat verdi.
Onun dediklərinə görə, 2017-ci ildən bəri yarmarkada fəaliyyət göstərirlər. O, ötən illərə nisbətən alıcı səviyyəsinin biraz aşağı olduğunu qeyd etdi və bildirdi ki, qiymətlər hər bir şəxsin cibinə uyğundur.
Daha sonra isə yarmarkada fəaliyyət göstərən "Pizza-mizza" restoranına yaxınlaşdıq.
Restoranın müdiri Xamiduin Maratın dediklərinə əsasən sözügedən restoran yarmarkada ilk dəfədir fəaliyyət göstərir. Gün ərzində digər yarmarkada olan restoranlar kimi 12 saat fəaliyyət göstərirlər. İnsanlar əsasən burada meyvə şirələrinə və pizzalara üstünlük verirlər.
Bununla yanaşı burada "Balıq ekmək" adlı restoran var idi ki, satıcı Taleh Həsənovun dediklərinə əsasən 2015-ci ildən bəri burada fəaliyygöstərir. Digər illərə nisbətən bu il alıcıların daha zəif olduğunu bildirdilər. Balıq çörəyin qiyməti 3.50 qəpikdir. Bir çox insanın sevimli yeməyi olduğunu bildirdilər.
Yarmarkada eyni zamanda uşaqların sevimli qidası olan "Xırta-xırt", "Ozmo" və s. adlı çərəz satılırdı.
Çərəzlərin qiyməti baha olsa da, insanların çərəzlərə qarşı marağı hədsiz çox idi.
Çərəzlərlə yanaşı "Soyuq əllər, isti ürəklər" yarmarkasında "Supersun" yağlarını təqdim etmək üçün həftənin şənbə və bazar günləri bu firmanın kərəyağından isdifadə edərək, aşlar bişirilir və insanlar "Supersun" firmasının yağları ilə tanış olurlar.
Yarmarkada digər yeməklərlə yanaşı Çin mətbəxinin məşhur yeməklərindən biri olan "Suşi" qidası da satılırdı. Maraqlı məqamlardan biri də şəhərdəki "Suşi" restoranlarına nisbətən buradakı suşilərin daha ucuz olması idi. Lakin buna baxmayaraq insanlar buradan çox az hallarda isdifadə edirlər. "Soyuq əllər isti ürəklər" yarmarkasında insanların alış-veriş edə biləcəyi bir sıra mağazalar da var. Buna misal olaraq "Fiugift" mağazasını göstərmək olar.
Yarmarkada fəaliyyət göstərdiklərinin ilk ili olsa da, insanların burada marağına səbəb ola biləcək yerli "Sock Tailor" firmasının corablarının satılmasıdır. Eyni zamanda mağazada göz oxşayan qar kürələridə var ki, qiyməti digər yerlərə nisbətən çox münasibdir. Yarmarkada müxtəlif oyun növləri də mövcuddur. Bunlardan biri də motosikilet yarışıdır.
Bir nəfərə 3 manat olan bu oyun növündə limitsiz top atışı var. Oyun ən azı 2 nəfərin iştirakı ilə həyata keçir. Qalib olan şəxsə də müxtəlif növdə hədiyyələr verilir.
Məsələ ilə bağlı şəhər sakinlərinin düşünələrini öyrəndik.
Şəhər sakini Cəmilə Qədirova: "Yarmarkanı çox bəyənirəm, demək olar ki, hər il gəlirəm. Gəldiyim zaman ən çox üzə qulluq üçün lazım olan məhsullardan əldə edirəm" .
Şəhər sakini İradə Fərhadova: "Soyuq əllər, isti ürəklər" yarmarkasında cəmi 2 dəfə iştirak etmişəm. Qiymətlər uşaqlı valdeyinlər üçün münasib deyil".
Şəhər sakini Könül Məmmədova: "Görünüş olaraq yarmarkanı çox bəyənirəm. Ümumiyyətlə mən Yeni ilə bağlı bütün şeyləri çox böyük maraqla qarşılayıram. Düşünürəm ki, belə bir lahiyənin bizim ölkəmizdə keçirilməsi çox sevindirici bir haldır".
Şəhər sakini Firəngiz Niftəliyeva: "Burada olan hər şeyi çox bəyənirəm. Mənə görə bir çox şeyin qiyməti istər mağaza, istərsə də, restoran cəhətdən münasibdir.
Şəhər sakini Fəxriyyə Piriyeva: "Hər il yarmarkaya gəlsəm də, ancaq gəzmək üçün gəlmişəm. Lakin heç vaxt burdan nəsə almamışam".
Şəhər sakini Həmidə İsmayılova: "Qiymətlərlə bağlı deyə bilərəm ki, müəyyən restoranlar var ki, çox münasibdir. Ancaq bəzi yerlər var ki, mən tələbə olaraq o yerləri baha sayıram. Yarmarka dizayn olaraq isə bu il çox gözəldir və daha fərqlidir".
Şəhər sakini Şahruz Hüseynzadə: "Bu il keçirilən yarmarka daha fərqlidir çünki, biz bu il qalib ölkəyik və qalib ölkənin vətəndaşıyıq. Bax bu abu-hava özünü yarmarkada çox gözəl bir şəkildə büruzə verir".
Şəhər sakini Gülüstan Süleymanova: "Mən əsasən yarmarkaya nəvələrim ilə gəlirəm. Onlar burada çox əylənirlər. Çox zaman onlara "kumpir", "ozmo", "pizza" və s. alıram".
Şəhər sakini İradə Talıbova: "Yarmarka yarandığı ildən biz ailəmizlə birgə hər il bura gəlirik. Maraqlı şəkillər çəkirik, dadlı yeməklər alıb yeyirik və bu bizim üçün çox xoşdur. Bir sözlə bu lahiyədən çox razıyam".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə