“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır FOTO

“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır FOTO

“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır. Bu barədə SİA "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə istinadən xəbər verir.

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Bütün xəbərlər Facebook səhifəmizdə