Şuşaya dəmir yol xətti çəkiləcək - Cavid Qurbanov

Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparılır.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov bildirib ki, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir: “Orada tunellər bir az çoxdur və dağlıq ərazidir. Bilirsiniz ki, Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının çəkilməsi vacib olacaq. Bununla bağlı tapşırıq verilib, işlər davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə