İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir - Rauf Əliyev

26 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan növbəti dəfə Azərbaycan xalqına müraciət etmişdir. Cənab Prezidentin bu müraciəti həm daxili auditoriyaya, həm Ermənistan ictimayyətinə, həm də beynəlxalq ictimayətə ünvanlanıb. Prezident daxili auditoriyanı həm XX əsrin əvvəllərinin, həmdə 1988-ci ildən sonrakı dövründə buraxılmış səhvlər haqqında məlumatlandırır, beynəlxaıq ictimayyəti əsl həqiqətlərlə maraqlanmağa məcbur edir. Ermənistan ictimayyətini isə miflərdən xilas edib tarixi, hüquqi və Şanlı Ordumuzun yaratdığı reallıqları qəbul etməyə çağırır.

Cənab Prezident xalqa müraciətində demişdir: İknci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir. Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.

Qəhrəman Azərbaycan Ordusu hər gün işğal altında olan yeni-yeni yaşayış məntəqələrini işğaldan azad edir. Oktyabrın 27-ə kimi 4 şəhər, 4 qəsəbə və 165 kənd işğaldan azad olunmuşdur. Beş il ərzində(1988-1993-cü illər) işğal olunmuş, 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm bir hissəsinin qısa müddət ərzində azad olunması Azərbaycan Ordusunun qüdrətinin göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müəyyənləşdirdiyi və həyata keşirdiyi hərtərəfli düşünülmüş, müdrik siyasət nəticəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Keçən dövür ırzində sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi ölkəmizdə ordu quruculuğunda da yüksək nəticələr əldə olunmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham əliyevin xüsusi diqqət və qayğısı nəticəsində və son illərdə həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Qafqazın ən güclü ordusuna çevrilmiş və öz hərbi potensialına görə dünyanın ən güclü 50 ordusu sırasındadır. Cənab Prezidentin üzaqgörən siyasəti nəticəsində Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılmış və bunun nəticəsində hazırda Azərbaycan Ordusunun müxtəlif hərbi sursatlara olan təlabatının müəyyən hissəsi öz müəssisələrimiz tərəfindən ödənilir.

Cənab Prezident öz müraciətində Minsk qrupunun fəaliyyətinə qiymət verərkən demişdir: Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib.

Belə nəticəyə gəlmək olur ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etməyə hesablanıb. Minsk qrupunun üzvlərindən biri Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə qaldırılıb. Rusiya Ermənistanı silahlandırır, həttda atəşkəs zamanı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğaıçı rejimə birbaşa yardımlar ayırıb. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz deyil.

Qoşulmama Hərəkatının verdiyi dəsdək Azərbaycanın müxtəlif beynəlxalq qurumlaral əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini bir daha sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür” Cənab Prezidentin xalqa müraciətindən bir daha məlum oldu ki, işğala son qoymaq üçün sona qədər gedəcəyik. Vətən müharibəsi qələbəyə qədər davam edəcəkdir. Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bir ay ərzində itirilmiş torpaqların mühüm bir hissəsində ölkəsinin bayrağını, xalqın milli ruhunu, qürurunu, özünə inamı, Ali Baş Komandan olduğu ordusunun qüdrətini , Prezidenti olduğu ölkənin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını ucaltdı.

Bütün Azərbaycan xalqı inanır ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsi tezliklə Rəşadətli Ordumuzun tam və qəti qələbəsi ilə yekunlaşacaq, Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada və işğaldan azad olunan bütün Qarabağ torpaqlarında dalğalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...