Firuzə Məhəmmədcanova: "Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var" - AÇIQLAMA

Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi (GİN) və Özbəkistan Respublikasının "Kamolot" Gənclər İctimai Hərakatı arasında Gənclər siyasəti sahəsində əməkdaşlıq planı imzalanıb. Bu gün nazirlikdə keçirilən tədbirdə həmin plana müvafiq olaraq Azərbaycanda Özbəkistan Gəncləri Günlərinin keçirilməsinə start verilib. SİA- nın məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, "Kamolot" hərəkatının Mərkəzi Şurasının üzvləri, yaradıcı və fəal gənclər heyəti iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Azad Rəhimov nümayəndə heyətini Azərbaycanda gördüyünə görə şad olduğunu bildirib. Nazir özbəkistanlı nümayəndələrə Azərbaycanda gənclər təşkilatlarının gördüyü işlər və yeritdiyi siyasətlə bağlı məlumat verib. Özbəkistanla Azərbaycan arasında hər cür münasibətin olduğunu dilə gətirən nazir bu münasibətlərin inkişaf etdirilməsinə tərəfdar olduğunu qeyd edib: "Azərbaycanla Özbəkistan arasında dostluq münasibətləri mövcuddur. Bütün əlaqələrin inkişaf etməsi üçün əlimizdən gələni etməliyik. Çünki əlaqələrin irəliləməsi hər iki dövlət üçün vacibdir".

Daha sonra söz alan "Kamolot" Gənclər İctimai Təşkilatının sədr müavini Firuzə Məhəmmədcanova da nazirin sözlərini dəstəkləyərək bildirib ki, əlaqələrin inkişaf etdirilməsi hər iki dövlətə xeyirli olacaq: "Azərbaycanla aramızdaki dostluq əlaqələri bizi çox sevindirir. Bu əlaqələrin irəliləməsinə bizim ehtiyacımız var".

Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə