Nərimanov rayonunda anım günü ilə əlaqədar ehsan verilib

Ümummilli Lider Heydər Əliyevin vəfatından on il ötür. Bu gün bütün ölkə ərazisində Ulu Öndərin xatirəsi ehtiramla yad edilir. Respublikanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin ölümsüzlüyə qovuşması ötən illər ərzində şəxsiyyət kimi böyüklüyünü, siyasətçi kimi dahiliyini, vətəndaş kimi xalqı üçün nə qədər əziyyətlərə, yuxusuz gecələrə qatlaşdığını bir daha anlamaq və dərk etmək üçün kifayətdir.

Nərimanov rayonu ərazisində də təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda Ulu Öndər Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilib.

Həmçinin rayon ərazisində, bir neçə yerdə Nərimanov Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Ümummilli Liderin xatirəsini anmaq məqsədilə ehsan süfrələri açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə