22 iyul – Milli Mətbuat Günü münasibətilə Səs Media Qrupunda tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə media qrupunun rəhbərliyi və kollektivi iştirak edib. Çıxışlarda Azərbaycan milli mətbuatının yaranma tarixi, ölkədə azad və peşəkar medianın inkişafı istiqamətində görülən işlər, jurnalistikanın cəmiyyət həyatındakı rolu və informasiya təhlükəsizliyinin təmin edilməsində medianın əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatı bu gün də cəmiyyətin maarifləndirilməsi, obyektiv informasiya təminatının həyata keçirilməsi və milli dəyərlərin təbliği istiqamətində mühüm missiya yerinə yetirir.
Tədbir iştirakçıları jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB