Müasir dövrdə ən böyük psixoloji problem nədir? - PSİXOLOQ AÇIQLADI

“Müasir dövrdə ən böyük psixoloji problemlərdən biri insanların daxili tənhalığı və emosional yorğunluğudur. Texnologiya inkişaf etdikcə insanlar bir-birinə daha çox bağlanmalı idi, amma əksinə, emosional uzaqlaşma artır. İnsanlar sosial şəbəkələrdə xoşbəxt görünməyə çalışır, amma daxilən narahatlıq, stres və özünü dəyərsiz hiss etmə halları çoxalıb”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.


O bildirib ki, bu gün ən çox rast gəlinən problemlər arasında depressiya, təşviş pozuntuları, özgüvən əskikliyi və emosional tükənmə dayanır. Xüsusilə gənclər daim müqayisə mühitində yaşayırlar. Başqalarının həyatını izlədikcə öz həyatlarını yetərsiz görməyə başlayırlar:

“Psixoloq olaraq düşünürəm ki, insanın ən böyük ehtiyacı dinlənilmək, qəbul edilmək və özünü təhlükəsiz hiss etməkdir. Bəzən bir insanın həyatını dəyişmək üçün ona sadəcə anlayış göstərmək kifayət edir. Psixoloji sağlamlıq artıq seçim deyil, həyat keyfiyyətinin əsas şərtidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə