Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 8-də Şabran rayonunda Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 29 aprel - 5 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB