Şabran və Siyəzən sakinlərinin müraciətləri dinləniləcək

29 Aprel 2026 10:50 (UTC+04:00)

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev mayın 8-də Şabran rayonunda Şabran və Siyəzən rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 29 aprel - 5 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.