Aramsız yağışlar Azərbaycanın əkin sahələrinə necə təsir göstərdi? - EKSPERT AÇIQLADI
Son zamanlarda şiddətli yağışlar yağdı və kənd təsərrüfatı sahələrinə ziyan dəydi. Bəs, bu vəziyyət bazarlarda məhsulların qiymətində artıma səbəb ola bilərmi?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanın ərazisinin böyük hissəsində payız əkinləri aparılır:
"Bu əkin növü xüsusilə arpa üçün uyğundur və arpa əsasən boğuda əkilir. Həmin ərazilərdə bu dövrdə yağan yağışlar əkinə mənfi təsir göstərmir, əksinə, torpağın rütubətini təmin edərək məhsulun normal inkişafına kömək edir.Bununla yanaşı, Azərbaycanın digər əraziləri dəmirli torpaqlara malikdir və burada yağan yağışlar əkin üçün müsbət rol oynayır. Suyun kifayət qədər olması torpağın daha yaxşı nəmlənməsini təmin edir, əkinlərin inkişafını sürətləndirir və məhsulun keyfiyyətinə təsir edir.
Lakin bəzi mənfi tərəflər də mövcuddur. Məsələn, bəzi regionlarda havanın bir az isti keçməsi ağacların vaxtından əvvəl çiçəklənməsinə səbəb olur. Erkən çiçəkləmə isə yağışlı günlərdə ağacların çiçəklərinə mənfi təsir göstərə bilər. Bu, xüsusilə mayalanma prosesində problemlərə yol açır və nəticədə məhsulun miqdarına və keyfiyyətinə təsir edə bilər.
Ümumiyyətlə, hazırkı vaxtda yağan yağışlar Azərbaycanın əkin sahələri üçün faydalıdır. Torpaq nəmlənir, əkinlər su ilə təmin olunur və məhsuldarlıq üçün əlverişli şərait yaranır. Lakin fermerlər erkən çiçəkləmənin yaratdığı riskləri nəzərə almalı və lazım gələrsə, əlavə tədbirlər görməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB