Dövlət Vergi Xidmətinin rəis müavini Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Emil Qarayev aprelin 10-da saat 11:00-dan etibarən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasında (ünvan: AZ2001, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 87) Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux və Göygöl rayonları sakinləri ilə görüşəcək.
DVX-dən SİA-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar 31 mart - 8 aprel 2026-cı il tarixlərində 12 saylı Ərazi Vergilər Baş İdarəsinə, Gəncə, Naftalan şəhərləri və Goranboy rayonu Xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də İqtisadiyyat Nazirliyinin “195-1 Çağrı Mərkəzi”nə zəng etməklə və ya DVX-nin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşların qəbula müraciət zamanı aidiyyəti məsələləri dolğun şəkildə ifadə edən ərizə təqdim etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB