Martın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Medianın İnkişafı Agentliyinin nümayəndələri Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı Dezinformasiya ilə Mübarizə Mərkəzinin koordinatoru Deniz Demir tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, institusional strukturu, habelə dezinformasiya ilə mübarizə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan yanaşmalar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəz müasir informasiya mühitində saxta və manipulyativ məzmunların operativ şəkildə aşkarlanması, təhlili və qarşısının alınması istiqamətində sistemli fəaliyyət həyata keçirir.
Daha sonra keçirilən ikitərəfli görüşdə tərəflər dezinformasiya ilə mübarizə sahəsində mövcud çağırışlar, bu istiqamətdə beynəlxalq təcrübə və effektiv mexanizmlər ətrafında fikir mübadiləsi aparıblar. Görüş çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal mediada etibarlı məlumat mühitinin formalaşdırılması, habelə analitik təhlil imkanlarının gücləndirilməsi məsələləri müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB