Şuşada Ramazan bayramı namazı qılınıb

Ramazan bayramı ilə əlaqədar Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, mərasimdə dindarlar, Şuşa sakinləri iştirak ediblər. Bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə