Ombudsman Aparatı digər millət və dinlərə aid qəbiristanlıqların vəziyyətinə dair hesabat hazırlayıb
Ombudsmanın bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi qismində fəaliyyəti çərçivəsində növbəti monitorinq hesabatı hazırlanıb.
SİA xəbər verir ki, monitorinq çərçivəsində Ombudsmanın Aparatının və regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göygöl, Quba, İsmayıllı, Lənkəran və digər ərazilərdə yerləşən, müxtəlif millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqlara və memorial obyektlərə baxış keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilmiş monitorinqin əsas məqsədi Azərbaycanda müxtəlif dövrlərdə salınmış həmin qəbiristanlıqların mövcud vəziyyətinin qüvvədə olan normativ hüquqi aktlar və beynəlxalq müqavilələrin tələblərinə uyğun qiymətləndirilməsi, eləcə də onların idarə edilməsi, mühafizəsi və istifadəsində bərabərlik prinsipinə riayət olunub-olunmamasının araşdırılması olub.
Hesabatda Göygöl rayonunda XIX əsrdə məskunlaşmış almanlara aid qəbiristanlıq, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərində II Dünya müharibəsindən sonra ölkəmizdə yaşamış alman əsirlərinin dəfn edildiyi qəbiristanlıqlar, Britaniya Hərbi Memorialı, xristian və yəhudi icmalarına məxsus bəzi qəbiristanlıqlar, o cümlədən polyak icmasına məxsus məzarların hazırkı vəziyyəti ilə bağlı faktlar və fotomateriallar öz əksini tapıb.
Yekunda monitorinqin nəticələrinə əsasən müvafiq dövlət və yerli icra hakimiyyəti orqanlarına tövsiyələr ünvanlanıb.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB