"Azəriqaz" bayram günlərində xidmətini davam etdirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi bayram günlərində xidmətini davam etdirəcək.

Bu barədə SİA-ya qurumdan məlumat verilib.

Bildirilib ki, "Azəriqaz"ın Müştəri xidmətləri şöbəsinin əməkdaşları 20-29 martda saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək. Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin (RQİİ) inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

20-29 mart tarixlərində "ASAN Kommunal" və "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. Martın 30-dan isə mərkəzlərdə vətəndaşlara xidmət göstəriləcək.

Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə