Bu gecə Abşeron rayonunun Xırdalan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya "Azərişıq" ASC-dən məlumat verilib. Qeyd olunub ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 00:30-dan 02:30-dək Zimistan Qurbanov, Səttar Bəhlulzadə, Vəli Axundov, Həsən Əliyev, Rövşən Əliyev, Əhməd Cavad, Nizami, Rəşid Behbudov küçələri və Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB