“Hər atraksion istismara buraxılmadan əvvəl pasport və sertifikatla yoxlanılır” -SAHİL MƏNSİMOV

Attraksionlara cavabdeh fiziki və hüquqi şəxslərdən insanların həyat və sağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmələri və nəzarəti gücləndirmələri tələb olunur.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişliyi rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında bildirib ki, Agentlik təhlükə potensiallı obyektlərdə texniki nəzarətin təşkili və icrasını dövlət nəzarəti ilə həyata keçirir.

O qeyd edib ki, texniki baxış zamanı təhlükə potensiallı atraksionların istismara hazırlığı, onların təmiri üçün cavabdeh şəxslərin təyini və atraksionların aidiyyəti üzrə operatorlarla təmin olunması yoxlanılır.

“Hər bir mexanikləşdirilmiş atraksion istismara buraxılmadan əvvəl texniki pasport əsasında ekspertizadan keçməli, qeydiyyata alınmalı və texniki təhlükəsizlik sertifikatı ilə təmin edilməlidir. Atraksionun sahibi isə hər bir atraksionun təhlükəsiz istismarını təmin etmək üçün əmrlər verməli, cavabdeh şəxsin biliyi yoxlanılmalı və müvafiq vəsiqə ilə təmin edilməlidir. Bu gün baxış keçiriləcək atraksionlarda texniki təhlükəsizlik sertifikatı mövcuddur və onlar hazırda istismara yararlıdır”

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə