2026-cı il 11 mart tarixində Qaradağ Regional İdarəsində Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin cari il üzrə Tədbirlər Planına uyğun olaraq “Komanda-Qərargah” təlimi keçirilib.
SİA xəbər verir ki, təlimdə Müdafiə, Daxili İşlər və Fövqaladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də “BP Caspian Sea Exploration Ltd” şirkətinin nümayəndələri iştirak ediblər. Təlim “Səngəçal Terminalının istismar sahəsində təxribata cəhdin qarşısının alınması” məsələlərinə həsr olunub.
Təlimin əsas məqsədi mümkün riskləri vaxtında müəyyən etmək və qarşısını almaq, aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin təkmilləşdirilməsi, əməliyyatların koordinasiyası, həmçinin xidmət zamanı əməkdaşların sayıqlığının artırılması istiqamətində nəzəri-praktiki bilik və bacarıqların inkişaf etdirilməsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB