Sabah bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə SİA-ya Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə