Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilib

Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib. SİA xəbər verir ki, bu gündən etibarən uçuşlar planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.

Hazırda hava limanının dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.

Qeyd edək ki, 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumları səbəbilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün reyslər ləğv olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə