AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir

Azərbaycan Hava Yolları (AZAL) 9 mart 2026-cı il tarixindən etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edir.

SİA xəbər verir ki, bu barədə AZAL-dan bildirilib ki, martın 10-dan etibarən Naxçıvan istiqamətində uçuşlar ştat rejimdə (ənənəvi qaydada) həyata keçirilməyə davam edəcək.

AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və reyslərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə