Ciddədən Bakıya təxliyə reysi ilə 200-dən çox Azərbaycan vətəndaşı gətirilib

Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi həyata keçirilib. SİA-nın məlumatına görə, "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Boeing 787 Dreamliner" təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Təxliyə reysi vasitəsilə ümumilikdə 200 nəfərdən çox vətəndaşın Azərbaycana qayıdışı təmin edilib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə