Qeydiyyatsız yaşamağa görə sizi cərimə gözləyir - XƏBƏRDARLIQ

Vətəndaşların yaşadığı yer üzrə qeydiyyata düşməsi qanunvericilikdə öz əksini tapsa da buna əməl etməyənlər hələ də var. Məsələ ilə bağlı hüquqşünas Arslan Mikayılov mətbuata açıqlamasında bildirib ki, əgər vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, mütləq İcra Hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır:

"Qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən, 30 manat məbləğində cərimə oluna bilərsiniz. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müvafiq nəzarəti DİN həyata keçirir.

Qanunvericiliyə əsasən, vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətinə müvafiq orqana müraciət edib qeydiyyata düşməlidir".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə