Anar Əliyevin Laçında keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin Laçın rayonunda martın 13-də keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qəbula yazılmış vətəndaşlara qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə