Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən regionlarda səyyar xidmətlər davam etdirilir.
Bu barədə SİA-ya DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağsu, Yevlax, Gəncə, Babək, Ağsu, Şamaxı, İsmayıllı, Kürdəmir, Bərdə, Ucar, Tərtər, Mingəçevir, Gəncə və Xaçmazda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə növbəti səyyar xidmətlər göstərilib.
Səyyar xidmətlər zamanı DMX-nin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərə yaşadıqları ünvanlarda müvafiq yaşama üçün icazə vəsiqələri təqdim edilib. Həmçinin müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətinin uzadılması) ilə bağlı tələb olunan sənədlər yerindəcə qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB