Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Saatlı şəhərində vətəndaşları qəbul edib.
SİA Komitəyə istinadən xəbər verir ki, Şahin Bağırov Saatlı rayon Gənclər Evində Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları ilə görüşüb.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda adıçəkilən rayonların sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB