Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Həmin məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB