Binada qanunsuz özəl parklanma yaradanlar necə cəzalanacaq? - AYDINLIQ GƏTİRİLDİ

“Uzun zamandır paytaxtın əsas problemlərindən olan, avtomobil sürücülərinin daimi şikayətlərindən birinə çevrilən parkinq məsələsidir”. Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, yaşayış binalarında sakinlərin ümumvətəndaş istifadəsində, yəni binanın həyətlərində maşınların park edilməsi zamanı bəzi sakinlərin öz maşınlarını park edərkən qanunsuzluq etmələrindən ibarətdir: “Əsasən yaşayış binalarının qarşısında vəziyyət daha kritikdir. Belə ki, yaşayış binalarının qarşısında avtomobil izdihamı müşahidə olunur. Bu da həmin əraziyə təcili tibbi yardım və ya yanğınsöndürən maşınların daxil olmasına maneə törədir. Binalar tikilir, ancaq avtomobil saxlamaq üçün yer olmur. Binanın sakinləri də məcburiyyətdən, avtomobillərini kənar ərazilərdə saxlayır ki, bu da öz növbəsində tıxacların yaranmasına səbəb olur. Bu halların qarşısını almaq üçün qanunvericiliyin tələbinə uyğun olaraq, bir çox yerlərdə parklanma qadağan edilir və müvafiq qaydada cərimələr tətbiq edilir.

Bakıda şəhərin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. "Yol hərəkəti haqqında" qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.

Şəhərin hansısa hissəsində "parkinq"ə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir. Yaşayış yeri parklanma zonasına yaxın olan sakinlərdən ödəniş tələb olunmur. Bunun üçün xüsusi parklanma talonları mövcuddur. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı digər hallarda isə imtiyazlar nəzərdə tutulmayıb”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə