Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub - FOTOLAR

Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub. SİA xəbər verir ki, MOK-un mətbuat xidmətindən verilən məlumata görə, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb.

Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə