Gəncədə ictimai dinləmə keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Gəncə şəhərində ictimai dinləmə keçiriləcək. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək.

İctimai dinləmə fevralın 25-də saat 12:00-da Gəncə şəhəri, Atatürk prospekti, 434 ünvanında, YAP Gəncə şəhər təşkilatının binasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə