Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşları qəbul edib - FOTOLAR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar dini təhsil, müqəddəs kitabları öyrənmə kurslarının yaradılması üçün icazənin alınması, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru və Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə