"Azərbaycanlı veteranlara qayğı hər zaman dövlət başçımızın diqqətində olub" - MİLLƏT VƏKİLİ DANIŞDI
"II dünya müharibəsində iştirak etmiş azərbaycanlı veteranlara qayğı hər zaman dövlət başçımızın diqqətində olub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
O, qeyd edib ki, hər il 9 may “Qələbə günü” ərəfəsində cənab Prezident veteranlara yüksək maddi yardım göstərilməsi barəsində qərar qəbul edir: “Veteranlarımızın sayı çox olmasa da onların hər biri azərbaycanlılar üçün qiymətlidir: “Onların vaxtı ilə bəşəriyyəti faşizm dəhşətindən xilas etməsində qəhrəmanlıqları əvəzedilməzdir.
Azərbaycanlılar II dünya müharibəsində qələbənin əldə edilməsində mühüm rol oynayırlar. 1941-ci ildə Azərbaycanda 3 milyondan bir qədər çox insan yaşayırdı. Onun 600 mini döyüşə getdi, 300 min insan isə həlak oldu. Onlar öz həyatlarını fəda edərək Azərbaycanı faşistlərdən azad etdi. II dünya müharibəsində iştirak edən azərbaycanlıları daima Ulu Öndər Heydər Əliyev də yüksək şəkildə qiymətləndirmişdir.
Ümummilli liderin dövründə qəhrəmanlarımızın adına küçə verildi, büstlər qoyuldu, onların qəhrəmanlıqları bədii filmlərdə, kitablarımızda əks olundu. Bizim qəhrəmanlarımızın döyüşkənliyi həm I Qarabağ müharibəsində həm də II Qarabağ müharibəsində döyüşən igidlərimiz üçün nümunə oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB